Xəbərlər

29.11.2023 16:45

Maliyyə istintaqının forma və metodları mövzusunda təlim keçirilib

Cari ilin 28 noyabr tarixində Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə “Maliyyə istintaqının forma və metodları” mövzusunda hibrid formada təlim keçirilib.

Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində baş tutan təlimdə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, eləcə də Dövlət Vergi Xidmətinin əməkdaşları dinləyici qismində iştirak edib.

MMX-nin müvafiq sahə üzrə təcrübəli ekspertləri Nurlan Babayev və Aytən Mirzəzadə  öz çıxışlarında FATF standartlarında və milli kontekstdə maliyyə araşdırması, Maliyyə araşdırmasının metodları, planlaması, Maliyyə Monitorinqi Xidmətindən maliyyə məlumatlarının əldə olunması kimi mövzulardan bəhs edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Daha sonra Baş Prokurorluğun təlimçiləri Allahverdi Allahverdiyev, Nigar Əsgərova və Əhməd Həsənov müvafiq olaraq “Paralel maliyyə istintaqının xarakterik xüsusiyyətləri”, “Ölkə hüdudlarından kənara çıxarılmış aktivlərin bərpasında beynəlxalq əməkdaşlıq” “Predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının aparılması” mövzuları üzrə çıxış edərək iştirakçılara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Qeyd edək ki təlimdə ümumilikdə 60-a yaxın dinləyici iştirak edib. 

 

 

29-11-2023 | 16:45
← Geriyə