Xəbərlər

08.12.2023 14:10

MMX əməkdaşı Avropa Şurasının tədbirində çıxış edib

Cari ilin 7 dekabr tarixində Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG) Proqramı III “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsinin Rəhbər Komitəsinin ikinci iclasında iştirak edib.

Fuad Əliyev çıxışında il ərzində layihə çərçivəsində keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib və gələcəkdə layihənin işinin təkmilləşdirilməsi istiqamətində öz tövsiyələrini verib. 

Avropa Şurasının Bakı ofisinin rəhbəri, nümayəndəliyin məsul şəxsləri, hüquq mühafizə, nəzarət və məhkəmə orqanlarının nümayəndələri, eləcə də digər aidiyyəti şəxslərin iştirak etdiyi iclasda layihənin fəaliyyət planı üzrə icra edilmiş işlər nəzərdən keçirilib, gələcəkdə planlaşdırılan tədbirlər haqqında qısa məlumat verilib və ümumi müzakirələr aparılıb. 

Qeyd edək ki, sözügedən layihə korrupsiya, çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə və aktivlərin bərpası sahəsində yerli ehtiyaclara cavab vermək üçün xüsusi olaraq hazırlanmışdır.

08-12-2023 | 14:10
← Geriyə