You are here: 
Münzen ges

Benefisiar mülkiyyətçi institutuna dair yeni Qanun qüvvəyə minib

Release Date:

2025-ci ilin 15 may tarixində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və bu Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə minib.

Qanunda hüquqi şəxslər tərəfindən öz benefisiar mülkiyyətçiləri barədə məlumatların bəyan edilməsi və bu məlumatların mərkəzləşdirilmiş reyestrdə toplanması nəzərdə tutulur. Məlumatların toplanması öz səlahiyyətləri daxilində Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən, yoxlanılması isə Maliyyə Monitorinqi Xidməti tərəfindən təmin ediləcəkdir. Bundan əlavə, Fərmanda Qanunla verilmiş səlahiyyətlərin effektiv icrasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Maliyyə Monitorinqi Xidmətinin insan resurslarının artırılması ilə bağlı göstəriş verilib.

Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində benefisiar mülkiyyətçi institutu üzrə beynəlxalq öhdəliklərin icrasını təmin edəcək, habelə hüquqi şəxslərin şəffaflığını artıracaqdır.

Ətraflı məlumat üçün:

https://president.az/az/articles/view/68807

https://president.az/az/articles/view/68806

Previus news:
Next news: