Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasına qoşulmaq üçün ardıcıl olaraq aşağıdakı addımlar atılmalıdır:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankının Bank Sertfikat Xidmətləri Mərkəzindən elektron sertifikatı əldə etmək.
Elektron sertifikatın əldə edilməsi üçün aşağıdakı linklərə daxil olub təlimatı oxumaq tövsiyə edilir.
- Sertifikatı necə əldə etməli
- Sertifikat sorğusunun yaradılması-Hüquqi şəxslər üçün Təlimat
- Onlayn açar generatorunun quraşdırılması üzrə Təlimat
- Java Onlayn Sorğu generatoru üzrə Təlimat
- ACOS5 Client Kit Drayverlərinin quraşdırılması üzrə Təlimat
- Kök sertifikatların quraşdırılması üzrə Təlimat
2. Elektron sertifikatın kompüterə yüklənməsindən sonra Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin GoAml məlumat bazasında qeydiyyatdan keçmək.
3. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məsul şəxsin təyin edilməsi ilə bağlı məktub (nümunə) göndərmək.