You are here: 

Notariuslar

Notariusların aşağıdakı vəzifələri mövcuddur:

müştərinin eyniləşdirilməsi və verifikasiyası;

benefisiar mülkiyyətçinin müəyyən edilməsi;

işgüzar münasibətlərin məqsədi və mahiyyəti barədə məlumatın müştəridən əldə edilməsi və həmin məlumatların mütəmadi qaydada yenilənməsi;

hüquqi şəxs olan müştərinin fəaliyyətinin xarakterini, nəzarət və idarəetmə strukturunun müəyyən edilməsi;

müştəri profilinin yaradılması;

yüksək riskli əməliyyatlara dair gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi;

Qanun qüvvəyə minənədək yaranmış və Qanunun qüvvəyə mindiyi gündən sonra davam edən işgüzar münasibətlər üzrə müştəri uyğunluğu tədbirlərin tətbiq edilməsi;

müştərinin və ya benefisiarın siyasi nüfuzlu şəxsə aid olduğunun müəyyən edilməsinə dair tədbirlərin görülməsi;

bütün mürəkkəb, qeyri-adi olaraq iri həcmli, habelə açıq aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların təyinatının və mahiyyətinin aydınlaşdırılması, bununla əlaqədar yazılı hesabatın tərtib olunması;

yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz tətbiq edilməsi üçün tədbirlərin görülməsi və yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olması;

müvafiq sənədlərin ən azı beş il müddətində saxlanılması;

daxili nəzarət proqramlarının hazırlanması və tətbiqi;

aşağıdakı əməliyyatlara və hallara dair məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi:

-   məbləğindən asılı olmayaraq, əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların mövcud olması;

-   məbləğindən asılı olmayaraq, xarici dövlətlərin siyasi nüfuzlu şəxslərin, onların yaxın qohumlarının və ya yaxın münasibətdə olduğu şəxslərin əməliyyatları;

- “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər;

-   Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar;

-   müştəri uyğunluğu tədbirlərin tətbiqi mümkün olmaması halları barədə;

 

maliyyə monitorinqi orqanına təqdim edilmiş məlumatların və sənədlərin məxfi və konfidensial saxlanılması;

maliyyə monitorinqi orqanının müvafiq sorğusuna əsasən əlavə məlumatların təqdim edilməsi.