You are here: 
Münzen ges

Azərbaycan Respublikasının 5-ci raund tərəqqi hesabatına hazırlıq çərçivəsində mühüm müzakirə keçirilib

Release Date:

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Avropa Şurası cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 5-ci raund qiymətləndirməsi çərçivəsində ilk Tərəqqi Hesabatının hazırlanması ilə bağlı 2025-ci ilin 1 may tarixində onlayn formatda görüş təşkil edib. Hesabatın MONEYVAL-ın 70-ci Plenar iclasında (15–19 dekabr 2025-ci il) təqdim edilməsi nəzərdə tutulur.

Görüş zamanı Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev Tərəqqi Hesabatının hazırlanması ilə bağlı təlimatları təqdim etmiş, hesabatın strukturuna və prioritet istiqamətlərinə dair ümumi çərçivəni iştirakçıların diqqətinə çatdırıb.

Hüquq departamentinin əməkdaşı Fatimə Muxtarova isə Tərəqqi Hesabatına dair sorğu cədvəli üzrə təqdim olunan məlumatların ilkin təhlili barədə məlumat verərək, hüquqi və institusional dəyişikliklərin qiymətləndirilməsinə dair ilkin nəticələri bölüşüb.

Beynəlxalq əlaqələr şöbəsinin rəisi Arzu Xəlilova çıxışı zamanı MONEYVAL prosedurlarına əsasən tərəqqi hesabatlarının təqdim olunma qaydaları və təqvimlə bağlı ətraflı məlumat vermişdir. O, həmçinin, hesabatın təqdim edilməsi üçün tələb olunan sənədləşmənin koordinasiyalı şəkildə yekunlaşdırılmasının vacibliyini vurğulayıb.

Təlimdə dövlət hüquq mühafizə və nəzarət orqanlarının aidiyyəti nümayəndələrindən 20 nəfər əməkdaş iştirak etmişdir.

Previus news: